XƏBƏRLƏR

TRANSCASPIAN 2016 - 15-CI YUBILEY XəZəR BEYNəLXALQ NəQLIYYAT, TRANZIT Və LOGISTIKA SəRGISI

11 may tarixində keçirilən Bakı Ekspo Mərkəzində Beynəlxalq  Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2016” və 6-cı Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” sərgidə Az Logistika and management Services” iştirak etmişdir. “Az Logistika and Managment Services” öz növbəsində ziyarətçiləri öz xidmətləri və gördüyü işlərlə tanış etmişdir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədov və “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov, bir sıra ölkələrin səfirləri və 40-dan çox KİV nümayəndələri iştirak etmişdilər.



Sərgilərinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov tədbirin təşkilatçıları və fəxri qonaqlarını yubiley münasibəti ilə təbrik edərək, hər il daha da genişlənən və bütün sənayenin inkişafına layiqli töhfə verən bu tədbirin aktuallığını və əlamətdarlığını ön plana çəkdi.Z. Məmmədov həmçinin vurğuladı ki: “Mən sərgidə nümayiş olunan məhsul, xidmət və avadanlıqların xarici mütəxəssisləri maraqlandıracağına və beynəlxalq əməkdaşlıqların qurulmasına kömək edəcəyinə şübhə etmirəm”.



“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd etdi ki, 15 il ərzində “TransCaspian” sərgisində dünyanın 30-dan artıq ölkəsini təmsil edən təxminən 700 şirkət iştirak edib.O həmçinin vurğuladı ki, “TransCaspian” və “Road&Traffic” sərgiləri keçirilən bu illər ərzində regionun mühüm nəqliyyat tədbirlərinə çevirilmişdir. Onların vasitəsi ilə nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş edilimşdir.

Xəbəri paylaş:

Geriyə