XƏBƏRLƏR

18-CI XəZəR BEYNəLXALQ NəQLIYYAT, TRANZIT Və LOGISTIKA SəRGISI

11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2019” sərgisi keçirilmişdir. Sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, kommersiya nəqliyyatı və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir. “Az Logistika and Managment Services” öz növbəsində ziyarətçiləri öz xidmətləri və gördüyü işlərlə tanış etmişdir. 

Həmçinin sərgi çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfransın təşkil edilməsi planlaşdırılır. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün əla fürsət olacaq.

Beləliklə, “TransCaspian 2019” sərgisi yeni qarşılıqlı faydalı və səmərəli əlaqələrin qurulması və genişləndirilməsi, perspektiv sazişlərin imzalanması və investisiya qoyuluşu, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün mükəmməl imkan yaradacaq.

Xəbəri paylaş:

Geriyə