NEFT MƏHSULLARININ DAŞINMASI

Şirkətimiz tərəfindən istifadə olunan bütün nəqliyyat vasitələri təhlükəli yüklərin daşınması üçün xüsusi avadanlığa malikdir. Şirkətin sürücüləri təhlükəli yüklərin daşınması üzrə kurslar çərçivəsində mütəmadi olaraq xüsusi təlim keçirlər. Şirkətin təhlükəli yüklərin daşınması işinə cəlb edilmiş bütün işçiləri peşəkar bacarıqlarının saxlanılması və inkişaf etdirilməsi üçün müntəzəm olaraq xüsusi təlimlərdə iştirak edirlər.

Onların bilik və bacarıqları Fövqəladə Hallar Nazirliyi və BP Şirkəti tərəfindən həyata keçirilən xüsusi təlimlərlə təsdiq olunmuşdur. Qiymətli və təhlükəli yüklərin daşınması quru yol daşınmalarının ən məsuliyyətli növüdür. Şirkətimiz tərəfindən istifadə olunan bütün nəqliyyat vasitələri təhlükəli yüklərin daşınması üçün xüsusi avadanlığa malikdir

Neft məhsullarının daşınması xidmətləri:

 

  • Avtomobil yanacağı (Dizel, benzin)
  • Xam neft
  • Neftli su
  • Sürtgü maddələri

 

Bəzi təhlükəli yüklərin ölkə daxilində daşınması üçün xüsusi icazələrin alınması tələb olunur. Əməkdaşlarımız bu lisenziyalara malikdir və müvafiq orqanlar tərəfindən təqdim edilən bütün zəruri daşınma icazələri alınmışdır.

Müştərilərimiz xüsusi təhlükəli - yüklərinin daşınmasını bizə həvalə edərkən yükün tamamilə təhlükəsiz şəkildə və Azərbaycan Nəqliyyat Nazirliyinin 104 nömrəli qərarına, Fövqəladə Hallar Nazirliyinin Azərbaycanda Təhlükəli Məhsulların Daşınması üzrə tələblərinə və Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişinə (EAICDGR) (Cenevrə, 30 Sentyabr, 1957) və ADR standartlarına müvafiq olan bütün qayda və təlimatlara riayət edərək çatdırılacağına əmin olurlar.