ÇİRKAB VƏ SƏNAYƏ SULARININ DAŞINMASI VƏ UTİLİZASİYASI

Biz 5 ildən artıqdı ki, kanalizasiya, yağlı su, istehsal suyu, bitki yağları, ağac, plastik və metal tullantılarının daşınması xidmətlərini təmin edirik.

Bizim əsas müştərilərimizə BP Exploration (Caspian Sea) Ltd. Şirkəti və kanalizasiya şamboları olan podratçılarçı şirkətlər daxildir. Bu xidmətləri təmin etmək üçün, yaxınlarda Avropada əldə edilmiş tamamilə yeni və bütün normativ tələblərə cavab verən tanker, istifadə olunur. Buna əsaslanaraq, AZ Logistika çirkab və lay sularının (yeyinti yağları və piyləri daxil olmaqla) daşınması və utilizasiyası ilə bağlı xidmətlər təklif edir.Yığılmış bütün çirkab və lay suyları dövlət standart və normativlərinə uyğun olaraq utilizasiya olunur.

 Əgər siz tullantılarınızı necə zərərsizləşdirəcəyinizi və ya zibillə nə etmək lazım olduğunu bilmirsinizsə, bizə zəng edin və biz sizə tullantılarınızın toplanması üçün həll yolu təklif edəcəyik. Nə də olsa, biz hamımız bir cəmiyyətin üzvləriyik və sizin tullantıların toplanması probleminizi həll etmək imkanımız varsa, bunu etmək üçün sizə peşəkar xidmətlər təklif edəcəyik.Biz ildə 365 gün, həftənin 7 günü, günün 24 saatı kommersiya, istehsal və məişət sektorları üçün Tullantıların qənaətli Daşınması Xidmətləri təklif edirik. Biz tullantıların saxlanması üçün çarxlı zibil qablarının və konteynerlərinin təmin edilməsi, o cümlədən tullantıların toplanması və lisenziyalı utilizasiya obyektinə daşınması ilə məşğuluq. Biz bu xidməti ”çağırışa əsasən” və ya razılaşdırılmış qrafiklə təmin edə bilərik. Təqdim etdiyimiz xidmətlər müştərinin istəyindən asılı olaraq dəyişdirilə bilər. Biz tullantıların toplanması, daşınması və utilizasiyasının rahat və təhlükəsiz şərtlərlə həyata keçirilməsini təmin etmək üçün ən müasir avadanlıq və qurğulardan istifadə edirik.
 
 

 ”AZ Logistika” Şirkəti müştəriləri üçün birdəfəlik kisələr də təklif edir. Həmçinin, Sizə bütün tullantı növlərinin toplanması, daşınması və utilizasiyası üçün zibil qabları və konteynerlərin təchizatını təklif edirik.Biz aşağıda göstərilən tullantı növlərin daşınma və utilizasiya xidmətlərini təqdim edirik :

  • Metal
  • Məişət
  • Kağız
  • Neftli cır-cındır
  • Tikinti
  • Taxta
  • Plastik
  • Kommersiya
  • Digər

 

Xidmətlərimiz etibarlılıq və qənaətliliyinə görə müştərilərimiz tərəfindən yüksək qiymətləndirilir.